İnformasiya texnologiyaları, rəqəmsal transformasiya və strateji layihə idarəçiliyi sahəsində geniş təcrübəyə malik mütəxəssis
20+ ictimai layihənin müəllifi və rəqəmsal innovasiya cəhdləri
Orta məktəb illərindən etibarən proqramlaşdırma elmlərinə olan dərindən marağım məni rəqəmsal mühitdə kreativ və təsirli həllər yaratmağa sövq edib.
Multidissiplinar komandalara rəhbərlik edərək, milli və beynəlxalq səviyyədə uğurlu layihələr həyata keçirmişəm.
İnnovativ texnoloji həllər vasitəsilə insanların həyatını rahatlaşdırmaq və geniş təsir dairəsinə malik layihələr yaratmaq məqsədindəyəm.
Müxtəlif texnologiyalar və alətlərdə peşəkar səviyyədə təcrübə
Rəqəmsal platformalar və innovativ həllər
BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT KONQRESİ. NDU, KTÜ kimi və digər universitetlərin birgə təşkil etdiyi konqres vebsaytı. Konqresin vebsaytında iştirak edən mütəxəssislərin təqdimatları, proqramı və digər məlumatlar yer alır. Elektron məqalə göndərimi, tezislərin qəbul edilməsi, konqres kitabçalarının təqdimatı, təlimatlar və digər funksiyalar mövcuddur. Konqresin 2023-cü ildən bəri keçirilən 3 ayrı tanıtım vebsaytı və ümumi vahid vebsaytı hazırlanmışdır. Vebsayt çoxdillidir, 3 fərqli dildə təqdim olunur. Dillər istifadəçinin daxil olduğu ölkəyə və dilə uyğun olaraq avtomatik dəyişir.
Bakı Dövlət Universiteti (BDU), “Azərbaycan Elm və İnnovasiya Könüllüləri”nin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilmişdir. Vebsayt konfransın proqramı, çıxışçıları, məqalə göndərişi istiqamətləri, konfransın materialları və digər məlumatları təqdim edilib.
NETTY Milli İnternet Mükafatında kataloq üzrə seçilən oxucu platforması. Oxucular üçün interaktiv və istifadəçi dostu dizayn.
Ölkə daxilində keçirilən bütün elmi və inkişaf yönümlü tədbirləri bir məkanda birləşdirən platforma.
Mobil tətbiqlə idarə olunan simsiz IoT cihazı. Beynəlxalq müsabiqələrdə 1-ci yeri qazanmış innovativ həll.
Virtual reallıq əsaslı tibbi simulyasiya proqramı. 3D mühitdə interaktiv təlim və bacarıq inkişafı imkanları.
Rəqəmsal sertifikatların doğruluğunu təsdiq etmək üçün effektiv həll. 2022-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində təqdim edilən sertifikatların, sertifikasiya imtahan nəticələrinin və fərqlənmə diplomlarının təhlükəsizliyinin təmin olunması, saxtalaşmanın qarşısının alınması və bu tipli sənədlərin qloballaşmasında rol oynaması üçün hazırlanıb istifadəyə verilmişdir.
Naxçıvan Dövlət Universitetində Tələbələrin universitetə qeydiyyatı zamanı və digər bölmələrdə istifadə edilir. Xüsusilə tələbələrin növbə gözləmə müddətini azaltmaq üçün və fiziki növbələrdə yaranan qarışıqlığın qarşısını almaq məqsədilə hazırlanmışdır.
"SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycanın potensial elmi və mədəni imkanlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Birlik, sürətlə inkişaf edən və yeniləşən Azərbaycanın elmi, mədəni və digər sahələrdəki araşdırmalara hərtərəfli dəstək verir. Təşkilatın vebsaytında ətraflı məlumatlar verilib, görülən işlərin təqdimatı, əlaqə forması kimi funksiyalar təqdim edilib. Modern dizayn üslublarından istifadə edilmişdir.
RRMEDFIT - adı ilə sosial şəbəkələrdə fəaliyyət göstərən qidalanma mütəxəssisi və məşqçinin şəxsi vizitkart və blog saytı. Saytda məşqçinin təqdim etdiyi xidmətlər, dərs paketləri, nəticələri,BKİ-kimi hesablama səhifələri, blog yazıları, əlaqə forması və digər vizitkart funksiyaları yer alır.
Forumda dünyanın 8 ölkəsindən 10 rektor, 20-dən artıq tibbi cəmiyyət və dərnək, 350-dən çox elm adamı olmaqla, ümumilikdə 700-dən çox iştirak olmuşdur. Tədbirin çoxdilli təqdimat vebsaytı və dizayn işləri hazırlanmışdır(posterlər, bannerlər və.s)
Naxçıvanda hazırlnan sprey, krem, ekstraktlar kimi təbii məhsulların ölkə səviyyəsində satışını hədəfləyən layihənin vebsayt və mobil tətbiqi
Sifariş əsasında hazırlanmış elektron vərəqlənəbilən menyu vebsaytı.
Abituriyent və tələbə hazırlığı ilə məşğul olan kurslar üçün hazırlanmış vebsayt platforması. İstifadəçilər davamiyyətinə, sınaq nəticələrinə, və digər statistik məlumatlara daxil ola bilərlər. Əlavə olaraq aylıq, rüblük və illik hesabatları avtomatik çıxarır.
EMSA Naxçıvan təşkilatının 2025-ci il üçün planlaşdırdığı bir çox Avropa ölkələrindən iştirakçıların iştirak edəcəyi beynəlxalq tədbirin təqdimat vebsaytı.
EMSA Naxçıvan təşkilatının 2025-ci ildə keçirilən dəyişim proqramları üçün elektron realtime tədbir izləmə, sürətli lokasiya əldə etmək, aktual proqram haqqında məlumat əldə etmək üçün hazırlanan vebsayt platforması.
Naxçıvan Dövlət Universiteti Enactus komandası tərəfindən hazırlanmış Azərbaycan Çempionu Termobee layihəsinin təqdimat və elektron sifariş vebsaytıdır.
EMSA Naxçıvan təşkiatının vebsaytıdır. Çoxsəhifəli və dinamik bir struktura malikdir. Bloq, elanlar, departamentlər, onlayn oxuma paneli, əlaqə paneli və.s bir çox funksiyanı bir araya toplayan istifadəyə faydalı davamlı inkişaf etdirilən və yeni funksiyalar əlavə edilən vebsaytdır.
EMSA Naxçıvan təşkiatının üzvləri və idarə heyəti arasında sənəd mübadilələri, məlumatların tapılması, assambleyalarda gizli elektron səsvermə funksiyaları ilə əhatə edilmiş platformadır.
MEDİNCA həkimlər üçün SMM xidməti, marketinq və brendinq sahələrində innovativ həllər təqdim edir.
Sifariş əsasında hazırlanmış ümumi bir çox kateqoriyadan elanların yüklənməsinin mümkün olduğu vebsayt.
Süni intellekt inteqrasiyalı, barkod və üzvlük kartı texnologiyaları ilə elektron iştirak yoxlanışı sistemi.
Android və iOS platformaları üçün hazırladığım mobil həllər
"NDU Tələbə Təşkilatları" Mobil Tətbiqi Bu mobil tətbiqin əsas məqsədi ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarını vahid virtual məkanda toplamaq və onların fəaliyyətini bir platforma üzərindən yaymaqdır. Tətbiqin əsas xüsusiyyətləri: • Hibrid Tətbiq: İnternetdən asılı olub-olmamasına görə fərqlənən menyulara malikdir. • Vahid Mərkəz: Təşkilatlar barədə məlumat, xəbərlər və "Əsas səhifə" mövcuddur ki, burada universitet məlumatları və tələbə təşkilatlarının şəxsi menyularına keçid imkanı var. • Layihə Məlumatları: Hər təşkilatın əsas menyusunda keçmiş və davam edən layihələr haqqında birbaşa məlumat yerləşdirilib. • Könüllülük və Elmi İş: Tələbələr "Könüllümüz ol" menyusu vasitəsilə könüllü üzv olmaq üçün forma doldura bilər, həmçinin "Elmi iş göndər" menyusu ilə elmi işlərini Universitetin Tələbə Elmi Cəmiyyətinə göndərə bilərlər. • Tədbir Bildirişləri: Mobil tətbiqin bildiriş funksiyası vasitəsilə istifadəçilər universitetdə keçiriləcək tədbirlər barədə mütəmadi məlumatlar əldə edirlər
Naxçıvan Dövlət Universitetinin "Elmi Əsərlər" jurnalını və digər nəşrlərini əlçatan edir, oflayn, onlayn oxumaq və müxtəlif filtrləmələrlə kitabları sürətli tapmaq imkanı təqdim edir. Mənbələr məcmusu sizində işlərinizi asanlaşdıracaq və sizə kömək edəcək. Elmi mənbələr bir kilikləmə qədər sizə yaxındır.
Naxçıvanda hazırlanan sprey, krem, ekstraktlar kimi təbii məhsulların ölkə səviyyəsində satışını hədəfləyən layihənin mobil tətbiqi
Mobil tətbiq vasitəsilə bonus toplana bilən butulkalar üçün ekologiya terminalı və plastik butlulkaları təkrar emal edərək 3D printerlərdə istifadə üçün hazırlanan xüsusi cihazla flament hazırlayıb, mobil tətbiq vasitəsi ilə onlayn satışa çıxarılır.
Marketing, İnnovasiya və Qlobal Təsir
2021 Noyabr - 2024 Sentyabr (3 il)
Enactus qlobal platforması daxilində sahibkarlıq və sosial təsir yönümlü layihələr inkişaf etdirən multidissiplinar tələbə komandasında uzun müddət idarə heyətində və layihələrin hazırlanmasında yer almışam.
Layihə planlaşdırılması, komanda idarəçiliyi, maraqlı tərəflərlə kommunikasiya və milli/qlobal müsabiqələr üçün təqdimatların hazırlanması.
Komanda rəhbərliyinə və strateji inkişafa nəzarət, həmçinin üç innovativ layihənin ideya müəllifi və koordinatoru.
Xəstələrə qulluğu asanlaşdırmaq və fövqəladə hallarda sürətli müdaxiləni təmin etmək məqsədi daşıyan tibbi innovasiya cihazının inkişafında layihə meneceri.
Beynəlxalq tanınma və uğurlar
"Kitablardan Pıçıltılar" platforması kataloq üzrə seçilən 3 layihədən biri
20232022-ci ildə 2-ci yer, 2023-2024-cü illərdə ardıcıl 1-ci yerlər
2022-2024F-ECG cihazı ilə Türkiyə, Çin və Azərbaycanda 1-ci yer
2024"ASAN xidmət"in, “ASAN Könüllüləri” Təşkilatının və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonunda 2-ci yer. Komandanın qurucusu və IT mütəxəssisi
2023I Beynəlxalq Tibbi Forumun veb dizaynı və koordinasiyasında göstərilən xidmətlərə görə
20242023-cü ildə Niderlandın Utrext şəhərində və 2024-cü ildə Qazaxıstanın Astana şəhərində Azərbaycanı təmsil
2023-2024Gəlin birlikdə innovativ layihələr yaradaq
info@alialakbarli.com
+994 60 202 50 25
Naxçıvan, Azərbaycan